"İslahatların əsas məqsədi bəlli hədəflərə köklənib" MÖVQE-ÖZƏL

"İslahatların əsas məqsədi bəlli hədəflərə köklənib" MÖVQE-ÖZƏL

“Azərbaycanın yeni iqtisadi və sosial inkişaf modeli beynəlxalq maliyyə qurumlarının hesabatlarında təqdir olunmaqla yanaşı, bütün vətəndaşlarımızın iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

O bildirib ki, Azərbaycanda sosial sahə istiqamətində aparılan islahatların əsas məqsədi qarşıdakı hədəflərə köklənib.

Deputatın sözlərinə görə, bunun nəticəsidir ki, ölkəmiz daxili potensialını, qlobal çağırışları və müsbət beynəlxalq təcrübəni nəzərə alaraq yeni inkişaf modeli müəyyənləşdirib: “Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bildirdi ki, islahatların davam etdirilməsi üçün çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq”.

Ölkəmizdə əmək haqlarının, müxtəlif növ təqaüd və pensiyaların, tələbələrin müavinətlərinin, əlil tələbələrin dövlət hesabına təhsil alması, eləcə də digər bu kimi sosial istiqamətdə atılan addımların hər biri müsbət dinamikanın göstəricisidir: “ Təbii ki bütün bunlar vaxtilə düzgün müəyyənləşdirilən və həyata keçirilən iqtisadi, sosial siyasətlə bağlıdır. Prezident İlham Əliyev də çıxışlarında bildirir ki, ölkəmizə gələn əlavə gəlirlər ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilir. Bütün bunlar bir daha təsdiq edir ki, bundan sonra da ölkəmizdə sosial sahədə və xüsusilə də əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində addımların atılması priorotet olaraq qalacaq. Burada regional inkişaf proqramlarının uğurlu icrası xüsusi qeyd edilməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə