"Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir" Sahil Babayev
"Biz xaricdən alınan kreditlərin hesabına ölkə əhalisinə dəstək olmuruq. Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir". SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev irsi və sosial siyasət" mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, ulu öndərin dövlətçilik siyasətinin əsasını sosial siyasət - əhalinin layiqli həyat şəraitinin qurulması təşkil edirdi:
"1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Heydər Əliyevin bu siyasəti Prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir".
Nazir bununla yanaşı, Azərbaycanda müsbət demoqrafik artımın baş verdiyini də vurğulayıb: "Ölkədə əhalinin illik artımı belədir: doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir".
S.Babayev əlavə edib ki, ölkədə minumum pensiyanın məbləği də yaşayış minumumunu üstələyir: "Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri paylaşır. Bu da Azərbaycanda həyata keçirilən sosial siyasətinin uğurunu göstərir.
Bu ilin birinci rübündə əlilliyin təyinatı halları ötən ilin müvafiq dövrünə nisbətən 55 faiz azalıb.
S.Babayev qeyd edib ki, ölkədə əmək fəaliyyətinin leqallaşdırılması istiqamətində aparılan tədbirlərin səmərəsi ilin sonuna qədər daha da çoxalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



