“Maplecroft” risk analitik mərkəzi: "Ermənistanda kapital qoyuluşu risklidir"

“Maplecroft” risk analitik mərkəzi: "Ermənistanda kapital qoyuluşu risklidir"

Ermənistan "yüksək risk" ölkələri sırasına daxil edilib. SİA-nın xəbərinə görə, bu barədə məlumat Böyük Britaniyanın "Maplecroft" risk analitik mərkəzinin dərc etdirdiyi "2011-ci ildə Atlas Siyasi Riskin qiyməti" adlı nəşrində qeyd olunub. Eyni zamanda "yüksək risk" qrupu ölkələrinə Orta Asiya ölkələri və İran da daxildir. Gürcüstan və Türkiyə isə "orta risk" ölkələri hesab edilir.

 

Bu zəmində şimal qonşumuz olan Rusiya "fövqəladə risk" qrupuna mənsubdur. ABŞ, Avstraliya, Yaponiya və Skandinaviya ölkələr "aşağı risk", kimi kateqoriyalara bölünən ölkələr arasındadırlar.

 

Tədqiqat qrupu 196 ölkədə risk qrupunu müəyyənləşdirərkən həmin ölkələrdə kapital qoyuluşu risklərini hərtərəfli qiymətləndirib. Burada ölkələrdə mövcud olan konflikt, terrorizm, hüquqi norma, işgüzar ətraf mühit, resursların işgüzar təhlükəsizliyi, insan hüquqları, iqlim dəyişikliyi, infrastrukturların, təhsilin inkişafları, kasıblıq və s. nəzərə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə