Sevinc Seyidova: “Az sonra xarici maraqlı dairələrdə müxalifətdən imtina edəcək ” RƏY-ÖZƏL

Sevinc Seyidova: “Az sonra xarici maraqlı dairələrdə müxalifətdən imtina edəcək ” RƏY-ÖZƏL

“Son aylarda Azərbaycanda insanları narahat edən bir çox problemlər dövlətin ali rəhbərliyinin siyasi iradəsi ilə həllini tapmış oldu”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, minimum əmək haqları, təqaüdlər artırıldı: “Qaçqın və məcburi köçkünlər, şəhid ailələrinə dövlət qayğısının əhatəsi daha da genişləndirildi. Son olaraq Azərbaycan Prezidentin birbaşa təşəbbüsü ilə problemli kreditlər məsələsinə son qoyuldu. Bu və digər qeyd etmədiyimiz bir çox məqamlar var ki, Azərbaycanda mövcud vəziyyətin daha da möhkəmlənməsinə, sağlam təməl üzərində qurulan xalq-iqtidar birliyinin güclənməsinə xidmət edir. Digər tərəfdən, bu günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk Qrupu həmsədrləri yaydıqları bəyanatda açıq şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatla çıxış etdilər. Bu bəyanat Azərbaycan Prezidentinin, rəsmi Bakının diplomatik qələbəsi kimi dəyərləndirilir. Təbii ki, vəziyyətin qeyd olunan istiqamətdə inkişaf etməsi, Azərbaycanda daxili sabitliyin, əmin-amanlığın hökm sürməsi, xarici mövqelərinin güclənməsi ölkəmizi istəməyən qüvvələrin yuxusuna haram qatır. Bu qüvvələr, başda erməni lobbisi olmaqla Azərbaycanı daxildən zəiflətməyə, hərc-mərclik yaratmağa səy göstərirlər. Təəssüf ki, onların bu məsələdə əsas dayaqları qismində ölkəmizdəki bəzi müxalif qüvvələr çıxış edirlər. Qanunsuz aksiyalara çağırışlar səsləndirirlər. Məqsəd isə dövlətin son illərdə əldə etdiyi uğurları kölgələmək və mövqelərini zəiflətməkdir. Ancaq müxalifət istəyinə və arzusuna nail ola bilməyəcək. Beləliklə də, az sonra xarici maraqlı dairələrdə müxalifətdən imtina edəcək”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə