Rusiyanın "Qazprom" şirkəti Ermənistana verdiyi qazın qiymətinə yenidən baxacaq. SİA-nın xəbərinə görə, "Qazprom" şirkətinin xarici KİV-lə əlaqələr üzrə Departamentinin əməkdaşı Olqa Moreva "Azadlıq" radiosunun Ermənistan bürosuna açıqlamasında bildirib. O qeyd edib ki, bu cür hesablamalar şirkətin bir çox xarici tərəfdaşları ilə aparılır. Belə ki, qiymətin yenidən hesablanması prosesi 2008-ci ildə tərəflər arasında imzalanan müqaviləyə əsasən hər ilin yazında qaz və mazutun orta qiymətindən çıxış edərək reallaşdırılır.
"ArmRosqazprom" şirkətinin mətbuat katibi Şuşan Sardryan isə bildirib ki, bazar qiymətlərinə keçid tədricən baş verəcək və qaza tələbat həcmlərinin azalması faktı nəzərə alınacaq. Onun sözlərinə görə, hazırki tariflər aprelin 1-dək qüvvədə qalacaq. Qeyd edək ki, "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller Almaniyanın "Şpiqel" jurnalına müsahibəsində Ermənistana qazın bazar qiymətləri ilə satılacağı faktını təsdiqləmişdi.
Xatırladaq ki, ötən ilin aprel ayının 1-dən "Qazprom" Ermənistana verilən qazın qiymətini 16 faiz artıraraq 1000 kubmetr üçün 180 dollar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB