“Hökumətinin proqramında köklü dəyişikliklər nəzərdə tutulmayıb” – Vazgen Safaryan
Ermənistanın yerli istehsalçılar ittifaqının sədri, iqtisadçı Vazgen Safaryan jurnalistlərlə söhbətində bildirib ki, hökumətin proqramında köklü dəyişikliklər nəzərdə tutulmayıb. SİA xəbər verir ki, bu barədə news.am saytı yazır.
Onun sözlərinə görə, son 30 ildə azad bazar və liberal münasibətlər fonunda iqtisadi siyasət davam etdiriləcək ki, bu da yalnız iş yerlərinin ixtisarı və mühacirətlə nəticəsini tapıb.
“Artıq mövcud yanaşmadan imtina etməyin və dövlətçiliyin tənzimlənməsi elementlərinin işə salınması vaxtı çatıb. Düşünürəm ki, öncəki hakimiyyətin 2011-ci ilin dekabrında qəbul etdiyi yanaşmalara geri dönmək lazımdır. Onda hakimiyyət iqtisadiyyatın əsas sahəsi – sənayeyə 300 milyon dram ayırmışdı”, deyən Safaryan əlavə edib ki, “bazar iqtisadiyyatı hər şeyi tənzimləyəcək” yanaşmasını yenidən nəzərdən keçirmək
Lazımdır ki, bütün dünya bu yanaşmadan çoxdan imtina edib. “Dövlət tənzimlənməsi olmadan sənayenin inkişafı mümkün deyil, bunsuz isə kiçik və orta biznes inkişaf edə bilməz”, erməni iqtisadçı deyib.
O. hesab edir ki, özəlləşdirmələrin nəticələrini də qiymətləndirmək və onlara yenidən baxmaq vacibdir və bundan əlavə aydınlaşdırmaq lazımdır ki, zamanında sənaye nazirliyini ləğv etmək nə qədər məntiqi qərar idi.
“Əgər savadlı dövlət siyasəti yürüdülsəydi, bizim xarici ticarətimiz sayəsində biz təxminən 200 milyon dollar ticarət kapitalına sahib ola bilərdik ki, onu da sənayenin inkişafına yönəldərdik”, Vazgen Safaryan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB