Ərdoğan: "Səfalət ədəbiyyatı keçənlər, özlərini aldatmış olurlar "

Ərdoğan: "Səfalət ədəbiyyatı keçənlər, özlərini aldatmış olurlar "

İqtisadi təzyiqlərdən istifadə etmək istəyənlərə meydan vermədik. Millətimiz gündəlik həyatına təsir edən meyvə və tərəvəz qiymətinə təsir edən fürsətçilərə qarşı haqlı olaraq qəzəblidirlər. Biz də qəzəbliyik. Məhz buna görə də satış tənzimlənməsi ilə bağlı qərar qəbul etdik”. SİA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sahibkarlarla görüşündə çıxış edərkən deyib.

O bildirib ki, Türkiyədə seçkidən sonra satış tənzimləməsi ilə bağlı mühüm danışıqlar aparılacaq: “Məqsədimiz biznesmen və sahibkarlara rəqib olmaq, onların çörəyini əlindən almaq deyil. Biz real sektoru rahatlaşdırmağa çalışdıq. Satış, təmizləyici məhsullar və impulslar sahələrində genişləndirməyi planlaşdırırıq”.

Ərdoğan söyləyib ki, millətimizin arxasına gənə kimi yapışan fürsətçilər yola gəldiyi zaman artıq belə üsullara ehtiyac qalmayacaq: “Biz onları yanlış yoldan döndərməyə, qiymətləri normal səviyyəyə uyğunlaşdırmağa çağırdıq. Azad bazar iqtisadiyyatı qaydaları çərçivəsində mənəvi və əxlaqi dəyərləri dəstəkləyənlərə dəstəyimizi davam edəcəyik. Ahilik mədəniyyəti, əxlaq prinsipləri, mənəvi əxlaqı dəyərlərin həyatda əhəmiyyətini son baş verən hadisələr zamanı bir daha gördük. Biz ticarətçilərimizin biznesmenlərimizin çörəyi ilə oynamırıq, əksinə millətimizin çörəyi ilə oynayan insanlara dərslər veririk. Səfalət ədəbiyyatı dərsi keçənlər, millətimizi deyil özlərini aldatmış olurlar. Biz millətimizi səfalətdən qurtarmaq deyil, onlara həyatlarını dünyanın ən inkişaf etmiş ölkələrin həyat standartlarına uyğunlaşdıracağımızla bağlı söz veririk”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə