Elşən Manafov: "Müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur"

"Pərakəndə vəziyyətdə fəaliyyət göstərən müxalifətin nəhayət ki, ortaq məxrəcə gəlməsi mümkün deyil". Bunu SİA-ya açıqlamasında "Demokratik Sol" partiyasının sədri, politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, həm də, onların bir araya gəlməsində heç nəyi dəyişməyəcək: "Çünki, bu il nə prezident, nə də ki, parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Olsa-olsa Azərbaycanda bələdiyyə seçkiləri keçirilə bilər. Qanunvericiliyə görə, müxalif mövqedə dayanan partiyaların bu seçkilərə qatılmaq və öz namizədləri ilə həmin seçkilərdə təmsil olunmaq və yerli idarə orqanlarında təmsil olunmaq hüquqları var. Başqa məsələsə də hər iki tərəf hazırda ana müxalifət lideri roluna iddialıdır. Hər iki tərəfin bu rola olan iddiası əslində zaman-zaman onların xidmət etdikləri müvafiq qurumların, məlum dövlətlərin, məlum dairələrin diqqətini cəlb etmək və əslində daha çox qrant və maliyyə vəsaiti əldə etmək istəyindən irəli gələ bilər. Çünki istər Müsavat, istər AXCP-nin məlum kəsiyinin Rəsulzadənin 135-ci ildönümü ilə bağlı keçirdiyi aksiyada göstərdi ki, tərəflər arasında hətta zamanında Cümhuriyyət qurulmasında müstəsna xidmətləri olmuş bu şəxslə bağlı tədbirdə belə ortaq məxrəcə gələ bilmədilər. Müsavat və AXCP ayrıca aksiya təşkil etdilər. Bir sözlə hər iki partiyanın hakimiyyətlə mübarizədə alternativ mübarizə metodu yoxdur. Həmçinin, müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə