"Zaxarova Dilqəm Əsgərovla da bağlı brifinq keçirsə yaxşı olar” ÖZƏL-RƏY

"Zaxarova Dilqəm Əsgərovla da bağlı brifinq keçirsə yaxşı olar” ÖZƏL-RƏY

“Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana burxılmaması barədə bəyanatının əsası yoxdur. Əvvəla onu qeyd edim ki, Azərbaycan Ermənistandan fərqli olaraq əl dövləti deyil və öz ərazisinə kimləri buraxmaq barədə qərarı da özü verir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan azad ölkədir və dünyanın hər yerindən xoşgörüşlü bütün insanlara qapılarımız açıqdır: “İndiyə qədər ölkəmizə dünyanın hər yerindən milli və dini mənsubiyyətindən asılı olmayaq milyonlarla insan gəlib və hər birinin təhlükəsizliyi təmin edilib. Eləcə də Ermənistandan və digər ölkələrdə yaşayan ermənilər dəfələrlə ölkəmizə səfərlər ediblər. Bəzən bu insanlar içərisində nanəcibləri də çıxır. Azərbaycanda hər cür diqqət və qayğı gördükdən sonra ölkəımizi tərk edərək bizə qarşı şər böhtan yazanlar da az olmayıb. Bu insanlar arsında erməni əsilli olmayanları da olub.

Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa ziyarət edən və separatizmi dəstəkləyən insanlar xüsusi nəzarətə götürülməlidir. Belə arzuolunmaz şəxslərin ölkəmizə buraxılmaması normal haldır. Zaxarova bundan başqa bir neçə dəfə də ölkəmiz əleyhinə əsassız bəyanatlar verib. Rusiya xarici işlər nazirinin erməni əsilli olması və bundan dolayısı ilə onların ermənilərə simpatiya bəsləməsi heç də təəccüblü deyil. Azərbaycan sərhədçilərinin bu qərarını tam dəstəkləyirəm və bundan sonra nəinki erməni əsilli hətta rus millətindən olan və ölkəmizə antipatiya bəsləyənləri də sərhəddən buraxmamaq gərəkdir. Yaxşı olardı ki, Zaxarova Ermənistanda qeyri-qanuni həbsdə saxlanan Rusiya vətəndaşı Dilqəm Əsgərov barədə də brifinq keçirəydi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə