Abel Məhərrəmov: “Yeni elmi innovasiyalara çatmaq üçün tədris proqramlarını, təhsil prosesini dəyişmək lazımdır”
İndi ölkədə "Elm haqqında qanun"un qəbul olunmasına böyük ehtiyac var. Bu barədə SİA-ya Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov məlumat verib. O bildirib ki, Azərbaycanda elmi uğurlar təkcə Azərbaycan Milli Elmlər Akademiyasının deyil, həm də təhsil ocaqların uğurudur. Onun sözlərinə görə, Azərbaycanda 1800 elmlər doktorunun yarısından çoxu ali təhsil ocaqlarında, yarısı isə Milli Elmlər Akademiyasındadır. A.Məhərrrəmov vurğulayıb ki, "Elm haqqında qanun"u yazarkən ümumiləşmiş strateji planda elmin stimullaşdırılması məsələsini həll etmək lazımdı, yəni həm akademiyada, həm təhsil ocaqlarında çalışan alimləri nəzərə almaq lazımdır. Bunların statuslarının bir-birindən fərqləndiyini deyən rektor əlavə edib ki, ona görə də ümumiləşdirilmiş strateji xətt götürmək, sonra isə bunları bölmək lazımdır.
"Elmi stimullaşdırmaq üçün dövlət tərəfindən çoxlu yanaşmalar var. Prezidentin hər 3 sərəncamından 2-si elm və təhsillə bağlıdır. İndi dünyanın tələbi də ondan ibarətdir ki, dövlətlər elm və təhsilinin inkişafına, intelektual səviyyəsinə görə fərqlənir. Ona görə də elmin inkişafı sahəsində dünyada böyük yarış gedir. Azərbaycanda bu yarışın mahiyyətini, strategiyasını qəbul edir və müəyyən tədbirlər həyata keçirir. Bütün bunlar göstərir ki, qlobal təsəvvürlə Azərbaycanda elm inkişaf etdirilir. Ən vacib məsələ isə yaxın vaxtlarda dövlət tərəfindən elmi innovasiyaları, yenilikləri inkişaf etdirməkdir. Dünyada elm və təhsil yarışı gedir. Artıq elm o qədər qabağa gedib ki, təhsil ona çata bilmir. Bu da ikinci problemdir. Yeni elmi innovasiyalara çatmaq üçün tədris proqramlarını, təhsil prosesini dəyişmək lazımdır. Bu proses də gedir. İnanıram ki, Azərbaycan hökumətinin bu istiqamətdəki strateji planını alimlər həyata keçirə biləcəklər. Azərbaycanda lazımi qədər stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bunları qanun şəklinə salmaq və qanunla onları daha da stimullaşdırılması üçün komitədə ardıcıl görüşlər keçirir. Güman edirəm ki, 2011-ci ildə "Elm haqqında qanun" qəbul olunacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB