"Avropa Tələbələr Forumu-Sumqayıt" İctimai Birliyi və "Məktəbli" kitab evi Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin dəstəyi ilə Sumqayıt şəhərində "Breyn-rinq" intellektual oyunu üzrə Məktəblərarası Kubok təşkil edib. Təşkilatdan SİA-ya verilən xəbərə görə kubokun təşkil edilməsində başlıca məqsəd yeniyetmə və gənclərin kitab oxumağa olan həvəsini artırmaq, həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsinə töhfə verməkdir.
Kubokda Sumqayıt şəhərinin ən yaxşı 11 məktəbindən 4 nəfərdən ibarət 11 komanda iştirak edib.
Qeyd edək ki, kubok çərçivəsində 3-cü yerə 11 saylı orta məktəbin komandası, 2-ci yerə 28 saylı orta məktəbin komandası, 1-ci yerə isə 1 saylı orta məktəbin komandası layiq görülüb. Qaliblərə "Avropa Tələbələr Forumu-Sumqayıt" İctimai Birliyinin təsisçisi Azər Məhərrəmov tərəfindən diplomlar və "Məktəbli" Kitab Evinin hədiyyələri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB