Qırğızıstan hökuməti rüşvət və korrupsiyanın qarşısını almaq üçün yalan maşınından istifadə edir.
SİA-nın xəbərinə görə, prezident Roza Otunbayevanın təlimatı ilə dövlət işçiləri yalan makinasından keçirilir və beləcə, onların korrupsiyaya bulaşıb-bulaşmadığı müəyyən edilir.
Metod ilk olaraq gömrük işçiləri üzərində sınaqdan keçirilib. Makinaya oturan məmurlar öncə sorğuya çəkilir. Məmura şəxsinə və vəzifəsinə aid 14 sual verilir. Cihaz insanların yalan söyləyib söyləmədiyini qan təzyiqi və nəbz atışlarını ölçərək müəyyənləşdirir.
İmtahandan uğurla çıxanlara personel kimlik kartı verilir. Yalan söylədiyi təsbit edilən işçi isə vəzifədən uzaqlaşdırılır.
Ölkədə bütün dövlət qulluqçularının bu testdən keçiriləcəyi bildirilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB