“Maliyyələşmənin azalması “siyasi mühacirləri” çətin duruma salıb” AÇIQLAMA

“Maliyyələşmənin azalması “siyasi mühacirləri” çətin duruma salıb” AÇIQLAMA

“Təkcə, Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında deyil, həm də xatırlayırsızsa bir müddət öncə “Meydan” TV ilə müxalifət partiyaları arasında da belə bir dava başlamışdı”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, hər iki epizodda mübahisə yaradan məqam onların qrant üstündə düşən mübahisələri idi: “Ümumiyyətlə, xaricdə fəaliyyət göstərən və ordan Azərbaycana qarşı əks kampaniya aparan bütün şəxslərin fəaliyyətinin kökündə maliyyə almaq və maliyyə mübahisələri durur. Bu da Azərbaycan üçün yeni məsələ deyil, zaman-zaman bu cür hadisələr baş verib. Azərbaycanın inkişafını, müstəqil siyasətini görmək istəməyən, bəyənməyən ona qarşı olan xarici güclər həmişə ölkəmizə qarşı bu cür mövqedə durublar və bu cür Azərbaycana qarşı mübarizə aparıblar. Bunun üçün də müxtəlif üsullardan istifadə ediblər. Yəni mediadan, siyasi partiyalardan, bəzi QHT-lərdən zaman-zaman istifadə olunub. Tural Sadıqlı, Məhəmməd Mirzəli, “Meydan” TV və digərləri 2017-ci ilin sonu 2018-ci əvvəllərində Azərbaycana qarşı kampaniyalara başladırlar. Burda da məqsəd ictimai rəyi çaşdırmaq, siyasi sabitliyi pozmaq və Azərbaycanda prezident seçkilərinə mane olmaq idi. Amma dövlətimizin apardığı düzgün siyasət, Azərbaycan əhalisinin siyasi fəallığı və ictimai baxımdan yetkin olması onların planlarını alt-üst etdi. Bir sözlə, onlar heç nəyə nail ola bilmədilər. Bununla da kampaniya aparanların problemi başladı. Yəni onları maliyyələşdirən şəxslər gördülər ki, bu qədər vəsait xərcləsələr də heç bir nəticəyə nail ola bilmirlər. Ona görə də, bu hissəyə pul ayırmasını azaltdılar və bəzilərini tamamilə kəsdilər. Təbii ki, bu addım avropalı “siyasi mühacir”lərin maliyyə qıtlığı ilə üzləşməsinə və bir-biri ilə mübahisələrin yaranmasına səbəb oldu. İstər “Meydan” TV ilə müxalifət partiyaları arasında, istərsə də Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında və digərləri arasında olan ziddiyyətlər onu göstərir ki, bunların ciddi şəkildə xaricdən maliyyələşmə olub və maliyyələşmənin azalması, kəsilməsi “siyasi mühacirləri” çətin duruma salıb. Onların arasında ziddiyyətlər bundan sonra daha da dərinləşəcək və nəhayətdə süquta uğrayacaqlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə