“Ekologiyanın dostu” Milli Mükafatının təqdimolunma mərasimi keçirilib
Azərbaycan Respublikası Gənclər Mərkəzinin təşəbbüsü ilə yaradılan "EKO-2010" Gənclər Koalisiyasının təsis etdiyi "Ekologiyanın dostu" Milli Mükafatının təqdimolunma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "EKO-2010" Gənclər Koalisiyası haqqında ətraflı məlumat verilmiş, bildirilib ki, bu təşkilat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan olunmasına ölkə gənclərinin dəstək aksiyası kimi yaradılıb. Koalisiya ölkəmizdə həyata keçirilən genişmiqyaslı ekoloji layihələrdə yaxından iştirak edən ictimai birliklər tərəfindən təsis olunub.
Tədbirdə qeyd edilib ki, ətraf mühitin sağlamlaşdırılması tədbirləri gənclər tərəfindən yüksək qiymətləndirilir və insanlarda böyük ruh yüksəkliyi yaradır. "Ekologiya ili"nin yekunu olaraq "EKO-2010" Gənclər Koalisiyası "Ekologiyanın Dostu" Milli Mükafatı layihəsini həyata keçirib. Aparılmış içtimai monitorinq və sorğuların nəticəsində müxtəlif sahələr üzrə "Ekologiyanın dost"ları müəyyənləşdirilib.
ARDNŞ–nin prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkət tərəfindən həyata keçirilən genişmiqyaslı ekoloji lahiyələrə görə "Ekologiyanın Dostu" Milli Mükafatına layiq görülüb. Təltif olunanlar sırasında millət vəkilləri, nazirliklərin, dövlət və özəl şirkətlərin rəhbərləri, KİV-nin rəhbərləri olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB