Putin və Ərdoğan İdlibdə atılacaq gələcək addımları müzakirə ediblər

Rusiya və Türkiyə liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilən görüşdə İdlib əyalətində hərbsizləşdirilmiş zona ilə bağlı atılacaq addımla əlaqədar razılığa gəliblər. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov verdiyi müsahibəsində açıqlayıb.

"Görüşdə İdliblə bağlı razılaşmaq təsdiqləndi”, - deyə Lavrov qeyd edib.

O deyib: “Görüşdə qeyd olunub ki, türk həmkarlarımızın aktiv, ardıcıl fəaliyyətlərinə baxmayaraq, hələ də bütün ekstremistlər 20 kilometrlik hərbsizləşdirilmiş zona ilə bağlı tələbi yerinə yetirmirlər”.

Hərbsizləşdirilmiş zonanın yaradılması ilə bağlı tələblərinin yerinə yetirilməsi istiqamətində gələcək addımlar, ekstremistlərin razılığı pozmaması istiqamətində tədbirlər görməklə bağlı barədə razılığa gəldik”,- deyə Lavrov əlavə edib.

Qeyd edək ki, hər iki ölkənin liderləri cari ilin sentyabrın 17-də Soçidə 15 oktyabr tarixində İdlibdə Suriyanın hökumət qüvvələri ilə silahlı müxalifət arasında təmas xəttində 15-20 km dərinliyində hərbsizləşdirilmiş zonanın yaradılması ilə bağlı razılıq əldə ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə