Konqresmen Markvayne Mallin Azərbaycan üzrə işçi qrupa üzv olub

Konqresmen Markvayne Mallin Azərbaycan üzrə işçi qrupa üzv olub

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Markvayne Mallin Konqresdə fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupa üzv olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, bununla da işçi qrupdakı üzvlərin sayı 59-a çatıb.

Respublikaçılar Partiyasından olan konqresmen Markvayne Mallin ABŞ Konqresində Oklahoma ştatına aid seçki dairəsini təmsil edir.

Qeyd edək ki, ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrup iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə