Qrant rəzaləti: "Sən nə zəhərli ilanmışsan, əəə?!"

Qrant rəzaləti: "Sən nə zəhərli ilanmışsan, əəə?!"

Xaricdəki "mühacirlər" aldıqları qrantları bölüşdürə bilmirlər

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca, bu nailiyyətləri həzm etməyi bacarmayan məkrli qüvvələr bütün vasitələrə əl ataraq, anti-Azərbaycan kampaniyalar təşkil edirlər. Faktlar da bunu təsdiqləyir. Belə ki, Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləndə, o cümlədən, "Avroviziya-2012" beynəlxalq musiqi yarışmasına, "Bakı-2015": Birinci Avropa Oyunlarına, "Formula-1"-ə, "Bakı-2017": İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəndə, xarici ölkələrdə Azərbaycan əleyhinə təbliğata start verildi. Sapı özümüzdən olan baltalar ermənipərəst dairələrin qrantları hesabına "Demokratiya naminə oxu" və sair bu kimi kampaniyalara başladılar. Eyni mənzərə Azərbaycanda keçirilən seçkilər ərəfəsində də aydın şəkildə müşahidə edildi. Parlament, bələdiyyə, prezident seçkiləri ərəfəsində, həmçinin konstitusiyaya dəyişikliklər üçün ümumxalq səsverməsi - Referendum öncəsi düşmən dəyirmanına su tökməyi özlərinə şərəfsizlik bilən dağıdıcı müxalifət satqınlar - Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Gültəkin Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıl və digərləri həmişə olduğu kimi bu gün də 5-10 avro müqabilində beynəlxalq aləmdə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışırlar.

"Siyasi mühacirlər" - dağıdıcı müxalifətin törəmələri qırğına çıxdı

Bu gün dağıdıcı müxalifətin törəmələri olan və xarici ölkələrdə Azərbaycan əleyhinə "sapı özümüzdən olan baltalar" ermənipərəst dairələrin qrantları hesabına Azərbaycana qarşı şər və böhtan kampaniyası aparılır. Vətən xainləri - Həbib Müntəzir, Arzu Qeybulla, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Arif Məmmədov, Qənimət Zahidov, Natiq Güləhmədoğlu, Fikrət Hüseynov, Ataxan Əbilov, Arif, Leyla və Ramiz Yunus kimi antimilli şərəfsizlər öz çirkin əməllərinə görə qrantlarla təmin olunur və bu qrantlar isə onları üz-üzə qoyur və nəticədə, qırğına çıxırlar. Belə ki, Avropada yaşayan mühacirlər, yəni Məhəmməd Mirzəli və

Tural Sadıqlını xaricdən alınan qrantların bölüşdürülməsində bir-birilərini saxtakarlıqda günahlandıraraq, söyüşün biri bir qara qəpiyə dəyən küfürlər ediblər. Bu savaşın səbəbi isə təxminən 210 min avrodur. Bəlli olur ki, həmin çirkli pulları, "mühacirlər"in erməni "mama mühacir" L.Yunus düzüb-qoşub. Bu pullar da O.Teymurxan Bəbirov, M.Mirzəli, T.Sadıqlı və daha 5 nəfərin arasında bölüşdürülməli imiş. Ancaq xəmirləri böhtan və satqınçılıqla yoğrulanlar "dostları" M.Mirzəliyə qrantın ucunu da göstərməyiblər. O zaman didişdilər, nə didişdilər. Əli hər yerdən üzülən M.Mirzəli də antiAzərbaycan kampaniyaları barədə bütün çirkin əmələlləri açıqladı.

Göründüyü kimi, qrant uğrunda savaş qızışdıqca Azərbaycan əleyhdarlarının çirkli pulları ilə bəslənən və onların dirijor çubuğu ilə idarə olunan bu xəyanətkarların özləri boyda zibilləri getdikcə daha çox üzə çıxacaq. Sonda bu satqın xəyanətkarlara böyük dramaturq Mirzə İbrahimovun "Böyük dayaq" filmində deyilən sözü təkrarlamaq kifayətdir : "Sən nə zəhərli ilanmışsan, əəə ?!"

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə