Lavrov: "ABŞ avropalıların təhlükəsizliyini girov altına qoyur"
“ABŞ Avropada Rusiya sərhədləri yaxınlığında təhlükəli hərbi fəaliyyətə kömək etməklə avropalıların təhlükəsizliyi bu cür dağıdıcı siyasətə girov olur”. SİA-nın xəbərinə görə, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov müsahibəsində deyib.
Rusiyalı nazirin sözlərinə görə, Ukraynada yaşanan böhran ABŞ-ın geosiyasi oyunları eləcə də AB bürokratiyasının korluğunun nəticəsidir.
Lavrov bildirib ki, Ukrayna böhranı, "Rusiyanın və Avropanın əsas dövlətlərinin məsul rəhbərləri uzun illər çalışdıqları bir inam atmosferini darmadağın etdi.
“Rusiya-AB dialoqunun arxitekturası ciddi şəkildə pozulub, avropalı istehsalçılar milyardlarla dollar zərər çəkir, Kiyev rejimi öz xalqına qarşı müharibə aparır və Avropada yeni bir qarşıdurma meydana çıxır”, - deyə Lavrov söyləyib.
"Bundan əlavə, (ABŞ - Ed.) Rusiya sərhədləri yaxınlığında təhlükəli hərbi əməliyyatlara kömək etməklə, qonşuluqdakı silah yarışına təkan verərək vəziyyətdən faydalanır. Hanı ki biz orada “soyuq müharibə”lərin olmayacağına ümid edirdik”, - deyə XİN başçısı əlavə edib.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısının sözlərinə görə, Avropanın xalqlarının təhlükəsizliyi xaricdən aparılan dağıdıcı siyasətlərə girov olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB