Səudiyyə Ərəbistanının kral ailəsinin üzvləri Şahzadə Məhəmməd bin Salman Əl-Saudun Qaşıqçının öldürülməsində günahlandırıldığı üçün taxtdan devrilməsinə qarşı çıxıblar. SİA bu barədə “Reuters”ə istinadən xəbər verir.
Onlarla şahzadə və onun əmisi oğlanları Salmanın taxta çıxmasına mane olmağa çalışsalar da, Salmanın 82 yaşlı atası sağ olduğu müddətdə buna imkan verilməyəcəyi bildirilir.
Bir mənbənin dediyinə görə, kral ailəsi şahzadə Salmanın yeganə qardaşı Əhmədin taxta çıxmasını dəstəkləmək niyyətindədir. ABŞ rəsmilərinin də onun namizədliyinə üstünlük verildiyi deyilir.
ABŞ-ın Şahzadəyə qarşı münasibəti yalnız jurnalistin öldürülməsi iddiası ilə bağlı deyil, eyni zamanda Məhəmməd bin Salmanın Rusiyadan silah alması məsələsinə görə dəyişdiyi deyilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında Avropanın əksər monarxiya ölkələrindən fərqli olaraq taxt atadan avtomatik olaraq böyük oğlana keçmir. Varis padşah və böyük ailə üzvləri tərəfindən seçilir.
Xatırladaq ki, Ər-Riyadda kritik siyasi məqalələri ilə tanınan jurnalist Qaşıqçı cari ilin oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunu ziyarət edərkən itkin düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB