ATƏT Ermənilərin atdığı "Fuqas" mərmisinin düşdüyü yerə baxış keçirəcəklər

ATƏT Ermənilərin atdığı "Fuqas" mərmisinin düşdüyü yerə baxış keçirəcəklər

ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisi dekabrın 17-də 21:30 radələrində Ermənistan silahlı qüvvələrinin Tərtərin işğal altındakı Talış yaşayış məntəqəsinin 2,5 km qərb istiqamətindəki mövqelərindən BM-21 qrad qurğusundan atdığı 122 mm-lik reaktiv qəlpəli "Fuqas" mərmisinin düşdüyü Borsunlu yaşayış məntəqəsinin yaxınlığındakı əraziyə baxış keçirəcəklər. SİA-nın xəbərinə görə, əraziyə baxış keçirildikdən sonra əldə olunan məlumatlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə təqdim olunacaq.

 

Qeyd edək ki, dekabrın 17-də Ermənistan silahlı qüvvələrinin Tərtərin işğal altındakı Talış yaşayış məntəqəsinin 2,5 km qərb istiqamətindəki mövqelərindən BM-21 qrad qurğusundan atdığı 122 mm-lik reaktiv qəlpəli "Fuqas" mərmisi ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi bəyanat vermişdi. Bəyanatda bildirilir: " Atəşkəs rejimini qorumaq barədə əldə edilmiş son razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri öz təxribatını davam etdirməkdədir. Belə ki, dekabrın 17-i saat 21.30 radələrində düşmən tərəfindən atılan artilleriya mərmisi cəbhədə vəziyyəti yenidən gərginləşdirib. Aparılan araşdırmalar nəticəsində aydın olub ki, Tərtər rayonunun işğal altında olan Talış yaşayış məntəqəsinin 2,5 km qərb istiqamətindəki mövqelərdən düşmənin BM 21 qrad qurğusundan atdığı 122 mm-lik reaktiv qəlpəli "Fuqas" mərmisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Borsunlu yaşayış məntəqəsinin yaxınlığına düşüb.

 

Mərminin 15-16 km uzaqlıqdan buraxıldığı ehtimal edilir. Gecə şəraiti olduğundan onun uçuş izi alova görə müşayiət olunub. Mərminin partlayış səsi və zərbə dalğası ətraf yaşayış məntəqələrində hiss edilsə də, zərər çəkən olmayıb.

 

Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqların gərgin vəziyyətdə olduğu bir vaxtda Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini bu cür kobud şəkildə pozması yaxşı nəticələrə gətirib çıxarmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə