Tarixin bu günü və bu günün tarixi

Tarixin bu günü və bu günün tarixi
- Osmanlı sultanı Əbdülhəmid "I Məşrutiyyət"i elan edib (1876) - Mərcdə uduzan rəssam Van Qoq öz qulağını kəsib (1888) - Kanadalı Rejinald Obri səsin ilk dəfə olaraq 1 km. məsafəyə simsiz ötürülməsinə nail olub (1900) - Vilnüsdə Litva dilində ilk qəzet çap olunub (1904) - ABŞ Federal Ehtiyatlar sistemi yaradılıb (1913) - Fransa və İngiltərə "Suriya və Fələstin sərhədlərini müəyyən edən Konvensiya"nı ratifikasiya edib (1920) - Türkiyə və Yunanıstan arasında ərazi mübadiləsi həyata keçirilib 1930 - Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub (1933) - İlk tranzistor təqdim edilib (1947) - SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərar qəbul edib 1947 - Sovet lideri Lavrenti Beriya güllələnib (1953) - ABŞ Konqresi metrik ölçü sistemini rəsmiləşdirsə də, bu sistem ölkədə heç zaman istifadə olunmayıb (1975) - Sovet qoşunu Əfqanıstana soxulub (1979) - Sovet dissidenti Andrey Saxarov sürgündən qayıdıb (1986) Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MSSR sərhəd dəstəsi komandirinə ultimatum verərək dekabrın 31-dək sərhəddən adamların müəyyən qayda ilə keçərək qohum əqrəbası ilə əlaqə saxlamasına imkan yaratmağı tələb edib. Ultimatum yerinə yetirilməyib (1989) - Sloveniya müstəqillik əldə edib (1990) - İsveçrə Azərbaycanın müstəqilliyini tanıyıb (1991) - Qaqauz türklərinə Modlovanın tərkibində muxtariyyat verilib (1994) - Hindistanda bir mərasim zamanı baş verən yanğında 540 nəfər həlak olub (1995) - Fil Dişi Sahilində hərbi çevriliş baş verib (1999) - İordaniyada 28 ildən sonra ilk dəfə bələdiyyə seçkiləri keçirilib (2004)

Bütün xəbərlər Facebook səhifəmizdə