Azərbaycan Baş Prokurorluğu Yuri Kuçerin açıqlamasına münasibət bildirib

Azərbaycan Baş Prokurorluğu Yuri Kuçerin açıqlamasına münasibət bildirib

Azərbaycan Baş Prokurorluğu Ukrayna Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçerin açıqlamasına münasibət bildirib. Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açıqlamasında bildirib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində işin bütün hallarının araşdırılması, eyni zamanda cinayətin törədilməsində iştirakı olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirir, lakin hazırki vaxtadək qeyd edilən cinayət işi üzrə təqsirləndirilən və ya cinayət məsuliyyətinə cəlb edilən yoxdur.

 

Qeyd edək ki, insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanması, Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupunun yaradılması barədə Azərbaycan Baş Prokurorluğu ictimaiyyətə informasiya verib.

 

Lakin Ukrayna Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer jurnalistlərə açıqlamasında Azərbaycan tərəfinin onlara verdiyi rəsmi məlumata görə, "qara transplantasiya" ilə bağlı bir nəfər təqsirləndirilən şəxsdən ölkəni tərk etməmək barədə iltizam alındığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə