“Sizə seçkilər keçirmək üçün komfortlu şərait yaradıblar” AŞOTYANDAN PAŞİNYANA

“Sizə seçkilər keçirmək üçün komfortlu şərait yaradıblar” AŞOTYANDAN PAŞİNYANA

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətinə son qoyulacağı, işğal ediləcək ərazilərimizin qeyd-şərtsiz azad ediləcəyi ilə bağlı bəyanatının ardınca, erməni ictimai siyasi rəyində təlaş hiss olunmaqdadır. Xüsusilə, Respublika partiyasının təmsilçiləri Nikol Paşinyan hökumətinə xəbərdarlıqlar edir, əslində son proseslərin ölkə üçün heç də yaxşı olmadığını bəyan edirlər.

SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı Ermənistan parlamentinin Respublika partiyasını təmsil edən fraksiya üzvü Armen Aşotyan Nikol Paşinyan hakimiyyətinə ismarıc yollayıb. Facebook səhifəsində yazan Aşotyan qeyd edib ki, Azərbaycanın hərbi ritorikadan çıxış etməsini nəzərə almamaq olmaz. Belə ki, qarşı tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarından ayılmağa çağıran erməni deputatı bildirib ki, hökumətin “Artsax qəhrəmanlarını” diskreditə etməsi də Azərbaycan tərəfinin hərbi ritorikadan çıxış etməsinə şərait yaradır.

“Cənablar, pasifist və yersiz fikirlər bildirmənizə, Düşənbədə formalaşdırılmış, eləcə də böyük dövlətlərin marağında olan müvəqqəti gərginliyin (DQ münaqişəsi nəzərdə tutulur-red.) zəifləməsi məsələsinə soon qoyun”, deyən Armen Aşotyan iddia edib ki, əslində, bu vasitə ilə Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi üçün vaxt verilib: “Artıq aydındır ki, sizə sadəcə, növbədənkənar seçkilərin keçirilməsinə vaxt və komfort şərait yaradıblar. Səslərin çox hissəsini qazandıqdan sonra nə edəcəyinizi düşünün. Danışıqları necə davam etdirəcəksiniz? Ölkənin siyasi müqavimət səviyyəsini necə yüksəldəcəksiniz?”

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə