Bu il 20 min suriyalı qaçqın öz evinə qayıdıb

Bu il 20 min suriyalı qaçqın öz evinə qayıdıb

Suriyada müharibə səbəbindən Livana köçən qaçqınlar cari ilin əvvəllərindən Dəməşq yaxınlığında yerləşən "Ceydet-Yabus" keçid məntəqəsi ilə evlərinə dönməyə başlayıblar. SİA-nın xəbərinə görə, bu barədə Müharibə edən Tərəflərin Suriyadakı Mübarizə Mərkəzinin rəhbəri general-mayor Yevgeniy Xarçenko jurnalistlərə açıqlamasında bildirib.

"Bizim apardığımız qeydiyyatlar əsasında məlum olub ki, 2018-ci ildən etibarən 20 mindən çox qaçqın öz yaşayış yerlərinə qayıdıb",- deyə Xarçenko açıqlayıb.

Mərkəzinin məlumatına görə, Livandakı Suriyalı qaçqınların sayı təxminən 1,5 milyondur. Onlardan təxminən 380 mini Suriyada baş verən müharibə səbəbindən evlərini tərk etmək məxburiyyətində qalıblar. Cari ilin 18 İyul tarixindən etibarən 29 mindən çox qaçqın Livan və İordaniyadan Suriyaya dönüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə