Ermənilər pomidor tomatına həsrət qalacaqlar "JOXOVURD"

Ermənilər pomidor tomatına həsrət qalacaqlar "JOXOVURD"

Ermənistanın “Joxovurd” qəzeti ölkənin statistika idarəsinə istinadən yazır ki, tomat pastasının istehsalatı son 8 ayda 7,4 faiz artsa da, istehsalatçılar əsas xammalı xarici ölkələrdən idxal ediblər.

“Dövlət komitəsindən verilən məlumata görə, 2018-ci ilin 1 yanvar tarixindən 22 oktyabr tarixinədək ölkəyə 311 min 712 ton pomidor idxal olunub”, yazan erməni qəzeti qeyd edir: “Yəni tomat pastası istehsalçıları kəndlilərdən pomidor almaları yerinə, bu məhsulu idxal ediblər. Bunun isə öz səbəbləri var: bu il pomidorların qiyməti kifayət qədər baha olub. Bununla yanaşı, iqlim şəraiti də bu məhsulun yetişdirilməsi üçün əlverişli olmayıb. Nəticədə bazarda pomidor pastasının defisit yaşayacağını istisna etmək olmaz”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə