Avropa Komissiyasının prezidentinin Azərbaycana səfəri zamanı Assosiasiya sazişinin imzalanması nəzərdə tutulmayıb
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri zamanı Assosiasiya sazişinin imzalanması nəzərdə tutulmayıb. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiya Avropa Komissiyasının prezidentinin səfəri ilə bağlı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, Assosiasiya sazişi üzrə Aİ-lə Azərbaycan arasında danışıqlara bir ay əvvəl başlanılıb və hazırda bu danışıqlar çox gözəl tərəqqi ilə irəliləyir: "Bütün əldə olunan müsbət nəticələrə baxmayaraq yanvar ayında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri çərçivəsində Assosiasiya sazişi imzalanmayacaq".
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Assosiasiya Sazişi üzrə danışıqlar dörd istiqamət üzrə aparılır. Birinci istiqamət siyasi dialoq, təhlükəsizlik, xarici siyasət məsələlərini, ikinci istiqamət ədliyyə, demokratiya, insan haqları məsələlərini, üçüncü istiqamət iqtisadiyyat, sosial-humanitar məsələləri, dördüncü istiqamət isə ticarət məsələlərini əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB