Tahir Abbaslı: “İsa Qəmbər müxalifət birliyinin dağılmasına göz yumub”
Müsavat başqanı İsa Qəmbərin AXCP-Müsavat birliyi ilə bağlı verdiyi açıqlamada "biz müxalifətin daha geniş formatlarda birliyini istəyirik" ifadəsinə Azərbaycan İslam Demokrat Partiyasından (AİDP) cavab gəlib. SİA-ya açıqlamasında AİDP sədri Tahir Abbaslı bildirib ki, İ.Qəmbər bu məsələdə həm gecikib, həm də müxalifətin belə bir birliyinin dağılmasına göz yumub.
2003-cü ildə prezident seçkilərindən əvvəl yaranan "Bizim Azərbaycan" blokunun seçkidən sonra dağılmasında İ.Qəmbərin birbaşa iştirakı olduğunu deyən AİDP sədri bildirib ki, məhz buna görə də İ.Qəmbərin təklifinin səmimiliyinə şübhə ilə yanaşır: "Bizim Azərbaycan" blokunda ölkədə dəyişiklik istəyən qüvvələr toplaşmışdı. Amma təəssüf ki, İsa Qəmbər kifayət qədər geniş olan formatı saxlamaqda maraqlı olmadı. Bu onun şəxsi ambsiyaları ilə bağlı olub. Elektoratı az olan partiyalarla bir yerdə olmağı özlərinə sığışdıra bilmədilər. Bizə "xırda partiyalar" adı verdilər. Zaman isə göstərdi ki, "xırda partiyalar"ı özündən uzaqlaşdıran qüvvələr özləri cılızlaşdı. Daxili sabitliklərini qoruya bilmədilər. Bu günlərdə Müsavatdan istefa verən Sülhəddin Əkbər də partiyanı minlərlə insanın tərk etdiyini etiraf etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB