Təhmasib Novruzov: “Paşinyan çox cılız təsir bağışlayır" ÖZƏL-ŞƏRH
“Ümumiyyətlə Ermənistanın baş naziri Nikol Paşinyan müstəqil şəxsiyyət deyil. Təbii ki, onu hakimiyyətə gətirən qüvvələr var. Həmin qüvvələr də hər kəsə məlumdur”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, qərb dairələrinin əslində Paşinyan kimi cılız, zəif düşüncəli, dünyada gedən prosesləri dərk etməyi bacarmayan bir adamın Ermənistanın hakimiyyətinə gətirmələrinin özü çox müəmmalı məsələdir: “Bu cür adamın da gedən prosesləri düzgün qiymətləndirməsini gözləmək sadəlöhvlük olardı. Paşinyan nə ölkəsində gedən prosesləri doğru-düzgün qiymətləndirməyi bacarmır, nə regionda gedən prosesləri, nə də ümumən dünyada gedən bugünkü prosesləri qiymətləndirməyi bacarmır. Paşinyan ona görə də bütün bəyanatlarında, çıxışlarında çox cılız təsir bağışlayır. O dövlət başçısı kimi deyil, küçə, meydan hərəkatçısı kimi danışır, çıxış edir. Halbuki dövlət başçısı işlətdiyi hər bir ifadəyə, kəlməyə görə məsuliyyətini dərk etməlidir.
Əgər o öz çıxışlarında sülhə deyil, müharibəyə səsləyən məqamlar səsləndirirsə bu artıq onun nə qədər zəif, səviyyəsiz bir adam olduğunu göstərir. Belə adamdan da bu gün Ermənistanda gedən prosesləri qaydaya qoyacağını gözləmək mümkün deyil. Əminəm ki, Ermənistanda parlament seçkiləri ya baş tutmayacaq, ya da baş tutsa belə bu seçkilər Ermənistanın növbəti dəfə böyük bir təlatümə düşəcəyini vəd edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB