Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının Sosial siyasət və İnsan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 8-dən 11-dək Rusiya Federasiyasında səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda quruma üzv ölkələrin Əmək və Miqrasiya kodekslərinin model variantlarının işlənməsi, QİÇS-lə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların sağlamlığının qorunması ilə bağlı problemlər və digər məsələlər müzakirə ediləcək.
Deputatımız iclasda müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB