“Yeni nəsil şəxsiyyət vəsiqələrində mütləq yeni soyadlarla çıxış etmək lazımdır. İndi nə Stalin, nə də Lenin var. Hər şey öz iradəmizdən asılıdır”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fərəc Quliyev "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanun layihəsinin ilk oxunuşda müzakirəsi zamanı etdiyi çıxışında deyib.
Deputat hesab edir ki, insanların soyadlarının məcburi qaydada dəyişdirilməsi yaxşı olardı.
Müzakirələrdə çıxış edən deputat Aqil Abbas isə Fərəc Quliyevin fikirlərinə etiraz edib: “İnsanların məcburi qaydada soyadlarını dəyişdirmək olmaz. Bu könüllü olmalıdır. Bizim kənddə 500 nəfər Abbasov soyadındadır. İndi biz bunu dəyişdirib Abbaslı, Abbaszadə və s. etsək bütün nəsil itər. Bu yavaş-yavaş ola bilər. Ancaq məcburi şəkildə yox. Çünki demokratik bir ölkədə belə bir şey ola bilməz”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov söyləyib ki, Azərbaycan dilində qalın və incə saitər var: “Əgər söz incə saitlədirsə, ingilis dilində də incə ilə yazılmalıdır. Misal üçün Məmmədov soyadı Mammadov deyil, Memmedov yazıla bilər. Elə soyadlar var ki, onları rus dilində yazırıq, sonra ingilis dilinə tərcümədə eyni yazılır. Bu düzgün deyil. Əlaqədar təşkilatlar bu məsələlərə fikir verməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB