Poçt sahəsində təcili pulköçürmə sisteminin tətbiqinə başlanılıb

Poçt sahəsində təcili pulköçürmə sisteminin tətbiqinə başlanılıb

Azərbaycanın poçt sahəsində təcili pulköçürmə sisteminin tətbiqinə başlanılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, Dünya Poçt İttifaqı tərəfindən hazırlanmış layihə Avropa İttifaqı ölkələrinin çoxunda tətbiq olunur. Yeni xidmətin əvvəlkindən üstünlüyü ondan ibarətdir ki, indi istənilən ölkəyə 3 saata pulun çatdırılması mümkün olacaqdır.

Regionda ilk dəfə Azərbaycanda tətbiq olunan layihə hazırda sınaq mərhələsindədir. İlin sonunadək ilk olaraq Ukrayna və Belarusla təcili pulköçürmə əməliyyatları aparılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə