Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən bir sıra tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu gün Ankarada İdman səhiyyəsində idmanın reabilitasiyası (Sports Rehabilitation in Sports Medicine) kursu başlanacaq. Plana əsasən bu gün, həmçinin Ankarada Xəstəxana İnfeksiya nəzarəti (Hospital infection surveillance) kursu keçiriləcək. Bu gün "Terrorizm və Kütləvi İnformasiya Vasitələri kursu" da Ankarada start götürəcək. Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən Təlimatçı Hazırlığı kursu Vişkovda (Çex Respublikası) keçiriləcək
NATO Günləri çərçivəsində bu gün Bakıda Hava əməliyyatı üzrə təkmilləşdirilmiş terminologiya kursu başlayacaq. Ankarada "Silahlı münaqişə hüququ kursu" da bu gün başlanacaq və noyabrın 12-dək davam edəcək. FTP-dən əlavə olaraq, "Müdafiə Strategiyası və Planlaması" modulunun hazırlanması üzrə işçi görüşü Bakıda gerçəkləşəcək.
Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Dil kursu və Quru Qoşunlarının Baş Qərargah kursu Hürt-Hamburqda baş tutacaq. Proqrama əsasən noyabrın 3-dən Dil kursu və Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah kursu da Hürt-Hamburqda start götürəcək.
Hərbi Hava Qüvvələri Komandanları konfransı isə sabah Türkiyənin İzmir şəhərində başlanacaq. FTP-yə əlavə olaraq, noyabrın 6-dan 13-dək Əmmanda (İordaniya) Hərbi Diplomatiya və Təhlükəsizlik Siyasəti mövzusunda treninq kursu olacaq.
Noyabrın 8-9-da isə Ankarada "Dəniz Təhlükəsizliyi və Terrorizmə qarşı mübarizə kursu" keçiriləcək. NATO-nun Brunsumdakı Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Açila bilə Birləşmiş Qüvvələr təlim kursu" isə 8-12 noyabrda Bakıda gerçəkləşəcək.
FTP-yə əlavə olaraq, həmçinin 8-12 noyabrda Kimyəvi, bioloji, radioloji və nüvə silahları ilə mübarizə üzrə təlimatçılar üçün təlim kursu Vişkov (Çex Respublikası), NATO-nun Standartlaşdırma Komitəsinin işçi görüşü noyabrın 9-da Brüsseldə olacaq. FTP-yə əsasən 9-12 noyabr tarixlərində Berndə (İsveçrə) NATO-nun Arxa Cəbhə idarəsinin Tərəfdaşların arxa cəbhə ekspertlərinin İşçi Qrupunun növbəti görüşü olacaq. Sorrentoda (İtaliya) "Combined Endeavor-2011" təliminin Konsepsiya Planlaşdırma konfransı baş tutacaq.
Azərbaycanla ABŞ arasında imzalanan iş planına əsasən isə Buxarestdə noyabrın 10-da Qara Dəniz Rotasiya Qüvvələri 2011 təliminin Əsas Planlaşdırma Konfransı keçiriləcək. Bu plana əsasən, həmçinin noyabrın 13-dən 20-dək Maltada "Avrasiya tərəfdaşlığı 2010" tədbiri olacaq. Bakıda BQXK-nin Azərbaycan nümayəndəliyi tərəfindən humanitar prinsiplərin qərargah işinə inteqrasiyası mövzusunda təlim kursu noyabrın 10-dan 11-dək davam edəcək. Minskdə isə noyabrın 10-12-də Beynəlxalq Humanitar Hüququn yerinə yetirilməsi üzrə 3-cü Reqional seminar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB