Mövlud Çavuşoğlu: "Yeni format sülh və sabitliyə töhfə verəcək"

Mövlud Çavuşoğlu: "Yeni format sülh və sabitliyə töhfə verəcək"

"Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu dostluq, qardaşlığımız hər gün genişlənir". SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, yeni format sülh və sabitliyə töhfə verəcək: "Başda bu ölkələr olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Bölgənin mürəkkəbliyini nəzərə alaraq yeni dördtərəfli format çərçivəsində ticarət və biznesin inkişafı üçün hər bir şəraiti yaradacağıq. Gömrük və birgə investisiyalarla bağlı məsələlər də nəzərə alınacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə