ABŞ-ın Azərbaycandakı səfirliyi: "Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib"
Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağ rejimini de-fakto tanımır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.
Məlumatda deyilir ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB