Konstantin Zatulin: “Türkiyəni ATƏT-in Minsk qrupunun həmsədri olacağına inanmıram” - MÖVQE
"Azərbaycanın Türkiyəni ATƏT-in Minsk qrupu üzvü olmasını istəməsi təbiidir. Çünki, Ankara Bakının tərəfdaşıdır. Türkiyənin vasitəçiliyi reallaşsa vəziyyət Azərbaycanın xeyrinə olar. Buna görə də Türkiyənin vasitəçilər sırasına qatılacağına inanmıram". SİA-nın məlumatına görə, bu sözləri Ermənistan xəbər agentliyinə açıqlamasında Rusiya Dövlət Dumasının MDB məsələləri və soydaşların işi üzrə komitənin rəhbəri Konstantin Zatulin deyib.
Zatulinə görə, Türkiyənin vasitəçi olması erməni tərəfindən sərt qarşılana bilər: "Nəticəsi olmayan və Azərbaycana görə müvəffəqiyyətsizliyə uğrayan Ermənistan-Türkiyə əlaqələri ilə bağlı təəssüratlar ermənilərin yadından çıxmayıb. Ermənistan-Türkiyə əlaqələrinin yaradılması Türkiyənin Avropa Birliyinə daxil olma imkanlarını artırmaq yanında ABŞ-ın yeni prezidenti üçün müəyyən bir çıxış yolu idi. Məlum olduğu kimi, Barak Obama seçki kampaniyası dövründə erməni soyqırımını rəsmi olaraq tanıyacağı ilə bağlı bəyanat vermişdi. Seçkilərdən sonra isə Türkiyə ilə olan ortaq maraqları gözləmək məcburiyyətində qalmışdı. Türkiyə Ermənistanla əlaqələri normallaşdırsaydı, bu Barak Obamanın vəziyyətini olduqca asanlaşdırar və o asanlıqla erməni soyqırımını tanıyacağı sözündən vaz keçə bilərdi. Obama bu gün ABŞ-dakı erməni cəmiyyəti üçün sözünü yerinə yetirməyən biridir".
Rusiyalı millət vəkili hesab edir ki, bütün bunların nəticəsində Azərbaycan yalnız Ermənistan-Türkiyə əlaqələrini deyil, eyni zamanda Türkiyənin Avropa qarşısına yeni bir imiclə çıxmağa istiqamətlənən siyasəti də müvəffəqiyyətsizliyə uğratıb: "Təbii ki, bu şərtlərlə Azərbaycan Türkiyənin vasitəçi olmasından xoşbəxt olardı, ancaq Türkiyənin birtərəfli mövqeyinə görə bu əsla olmaz. Digər vasitəçilər Türkiyənin bu rolu oynaya biləcək vəziyyətdə olmadığını anlayırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB