® Hüseyn Paşayev: “YAP ən nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib” - AÇIQLAMA

® Hüseyn Paşayev: “YAP ən nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib” - AÇIQLAMA
Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər prioritet istiqamət kimi əsas götürülüb. Bu sözləri YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev SİA-ya açıqlamasında deyib. O bildirib ki, YAP-ın Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları genişlənir və müxtəlif beynəlxalq qurumlarla inteqrasiya tendensiyaları dərinləşir.

Açıqlaması zamanı Partiyanın beynəlxalq əlaqələrinin zəif olması ilə bağlı mətbuatda gedən yazılara toxunanan mətbuat xidmətindin rəhbəri vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının qardaş ölkələr olan Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstanla yanaşı digər Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan kimi ölkələrin aparıcı siyasi partiyaları ilə qarşılıqlı münasibətlərə malikdir.

Partiyanın "Asiya siyasi partiyaları Beynəlxalq Konfransı" (İCAPP) Daimi Komitəsinin üzvü olduğunu xatırladan H.Paşayev həmin komitədə 51 ölkənin təmsil olunduğuni dilə gətirib. Partiyanın beynəlxalq əlaqələri ilə bağlı yazılanları təkzib edən mətbuat xidmətinin rəhbəri: "YAP ən nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Avropanın bir çox ölkələrinin partiyalarını özündə birləşdirən Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər yeni mərhələyə qədəm qoyub. Bundan əlavə YAP-la Almaniyanın Xristian Demokrat Birliyi, eləcə də nüfuzlu Konrad Adenuer Fondu (KAF) arasında birgə layihələrin həyata keçirilməsi planlaşdırılıb. Ümumiyyətlə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr eyni zamanda müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə