Bu gün xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Telemexanika” və “Araz ” zavodlarında olublar. Müdafiə Sənayesi Nazirliyindən SİA-ya Tanışlıq məqsədilə keçirilən tədbirdə 19 ölkədən 29 nümayəndə iştirak edirdi. Nümayəndələrə nazirliyin müəssisələri ilə bağlı geniş məlumat verilib.
Müəssisələrlə tanışlıq zamanı istehsal olunan müdafiə təyinatlı məmulatlara baxış keçirilib və istehsal prosesi yaxından izlənilib.
Sonda hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB