Bu qurumlar TÜRKPA Katibliyindә bir araya gәldi

Bu qurumlar TÜRKPA Katibliyindә bir araya gәldi

TÜRKPA, Türk Şurası, TÜRKSOY, Türk Mədəniyyət və Miras Fondu və Türk Akademiyasının Dördüncü Koordinasiya İclası 8 fevral, 2018-ci ildə Bakıda TÜRKPA Katibliyində keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, iclasda Türk Şurasının Baş katibi cənab Ramil Həsənov, TÜRKSOY Baş katibi cənab Düsen Kaseinov, Türk Mədəniyyət və Miras Fondunun Prezidenti Günay xanım Əfəndiyeva və Türk Akademiyası Daimi Katibi cənab Asxat Kessikbayev iştirak edib.

Baş katib cənab Mamayusupov iclasın moderatoru kimi iştirakçıları TÜRKPA-nın 2017-ci il fəaliyyətləri, eləcə də 2018-ci il üçün qarşıdan gələn planlar və layihələr barədə məlumatlandırıb.

Türk əməkdaşlıq təşkilatlarının nümayəndələri öz son fəaliyyətləri barədə məlumat təqdim etmiş və Katibliklər arasında koordinasiya işi və məlumat mübadiləsinin təkmilləşdirilməsi barədə razılığa gəlib.

Həmçinin tərəflər TÜRKPA-nın 10-cu ildönümü, TÜRKSOY-un 25-ci ildönümü, ADR-in 100-cü ildönümü və Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90-cı ildönümü daxil olmaqla mühüm tədbirlərin birgə qeyd olunması kimi məsələlər barəsində razılığa gəlib.

Növbəti Beşinci Koordinasiya İclasının 2018-ci ildə Türk Mədəniyyət və Miras Fondunun ev sahibliyində Bakıda keçirilməsi qərara alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə