Ombudsmanın daha üç bəyanatı BMT Baş Assambleyasının rəsmi sənədləri sırasına daxil edilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili İnstitutu Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən 2006-cı ildə Avropanın 9 nüfuzlu ombudsman institutu sırasında "A statusu" ilə akkreditasiya olunub.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, qurumun Milli İnsan Hüquqları təsisatı kimi, fəaliyyətinin Paris Prinsipləri ilə tam uyğunluqla aparıldığının göstəricisi olan bu yüksək status Azərbaycan Ombudsmanına başqa səlahiyyətləri ilə yanaşı, BMT-nin Saziş qurumlarına hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, bu hesabatlarla bağlı öz rəyini bildirmək, əlavə hesabatlar hazırlamaq və dövlətin insan hüquqları sahəsində iştirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) və BƏK-in işində bilavasitə iştirak etmək səlahiyyətləri verir. Bu hüquqlardan istifadə edərək, Ombudsman adı çəkilən beynəlxalq təşkilatlarla daim sıx əlaqə saxlayır və müntəzəm olaraq onların tədbirlərində fəal iştirak edir.
Qeyd olunmalıdır ki, BMT İHŞ-ın və BƏK-in müxtəlif sessiyalarında iştirakı zamanı Ombudsman E.Süleymanova insan hüquqlarının müxtəlif sahələrini əhatə edən Bəyanatlar verib.
Bu günlərdə isə daha bir xoş xəbər alınıb. Azərbaycan Ombudsmanının bu ilin martında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəvəti ilə Cenevrə şəhərində keçirilmiş BƏK 23-cü sessiyasında "Ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin edilməsi və bu sahədə ombudsmanın rolu", "Ombudsmanın İşgəncə əleyhinə Milli Preventiv Mexanizm qismində fəaliyyəti", "Universal Dövri İcmal Mexanizmi və Ombudsmanın fəaliyyəti" ilə bağlı verdiyi və sessiyanın rəsmi sənədləri kimi qeydiyyata alınması üçün BƏK-in Katibliyinə təqdim etdiyi hər üç adı çəkilən Bəyanatı İHŞ-da qeydiyyatdan keçərək BMT Baş Assambleyasının rəsmi sənədləri sırasına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB