"Səs" qəzeti YAP-ın ideoloji-siyasi kursunun təbliğində mühüm rol oynamaqdadır"
"Fəxrlə deyə bilərik ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuat siyasəti ilə bağlı ənənələr bu gün dövlət başçımız tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin fəxri adlarla, orden və medallarla təltif edilməsi, qəzet redaksiyalarına maddi yardımların göstərilməsi, eləcə də, media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlar dediklərimin bariz nümunəsidir". Bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Səs" qəzetinin 27-ci ildönümü ilə bağlı qəzetin baş redaktoru Bəhruz Quliyevə göndərdiyi təbrik məktubunda qeyd edib.
Mübariz Qurbanlı təbrik məktubunda bildirib ki, dövlətimizin hərtərəfli dəstək və qayğısı ilə əhatə olunan, Azərbaycan mətbuatı tarixində xüsusi yeri və dəst-xətti olan, 27 illik fəaliyyəti dövründə şərəfli bir yol keçən "Səs" qəzeti Ümummilli Liderimizin ideyalarına sadiq qalaraq, Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol oynamaqdadır: "Əminliklə deyə bilərik ki, bu qəzet cəmiyyətimizin bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları, o cümlədən, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasını hər zaman diqqət mərkəzində saxlayır. Ölkəmizin ictimai-siyasi, mədəni və sosial həyatını geniş oxucu auditoriyası üçün obyektiv işıqlandıran "Səs" qəzetinin dövlətimizin din siyasətinin, eyni zamanda, mənəvi dəyərlərimizin təbliği istiqamətində gördüyü işlər də, xüsusilə, vurğulanmalıdır. Hörmətli Bəhruz müəllim, Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB