Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə oktyabrın 20-22-də İstanbulda "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, forumda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri iştirak edəcəklər.
Tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi Dövlət Komitəsinin nümayəndə heyəti, həmçinin fəal diaspor təşkilatlarımızın rəhbərləri də qatılacaq.
Açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, TASAM sədri Süleyman Şensoy, DİDK-nin sədri Nazim İbrahimov, Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, TürkPA-nın baş katibi Ramil Həsənov, Türkiyə Prezident Aparatının baş katibi Mustafa İsen, nazirlər və millət vəkilləri çıxış edəcəklər.
Forum çərçivəsində "Qlobal və regional problemlərin türk dünyasına təsiri", "Türk dünyasında qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təşəkkül tapması önündəki problemlər", "Türk mədəniyyəti" və digər mövzularda seminarlar da keçiriləcək.
Forum 3 gun davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB