Lavrov Tillersonla telefonda nəyi müzakirə etdi?

Lavrov Tillersonla telefonda nəyi müzakirə etdi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Suriya məsələsi, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması və Soçidə Milli dialoq konqresi barədə müzakirələr aparıblar.

Bundan əlavə Şimali Koreyadakı vəziyyət, danışıqlar proseslərinə keçidin vacibliyi qeyd olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə