Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə imzaladığı 21.11.2017-ci il tarixli əmrdən irəli gələn tələblərə uyğun olaraq yeni Qanunun tətbiq ediləcəyi məhkumların dairəsinin müəyyən olunması, onların hökmlərinin ətraflı öyrənilməsi, məhkəmələrə sənədlərin təqdim edilməsi, məhkumların və onların qanuni nümayəndələrinin müraciətlərinə diqqətlə baxılması ilə bağlı Penitensiar xidmət üzrə tədbirlər davam etdirilir.

SİA-nın verdiyi məlumata görə, bu məqsədlə 21.12.2017-ci il tarixdə Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov 2 və 17 saylı cəzaçəkmə müəssisələrində məhkumları qəbul edib, “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni Qanunda nəzərdə tutulan dəyişikliklərin humanist mahiyyəti və əhəmiyyəti, eləcə də Qanunun icra mexanizmi barədə geniş izah verilib.
Bununla yanaşı, məhkəmələrin iş həcminin nisbətən sabit saxlanması, eyni zamanda işlərə obyektiv, düzgün və şəffaf baxılmasını təmin etmək məqsədilə yeni Qanunun şamil olunduğu məhkumlar barədə təqdimatların və şəxsi işlərin məhkəmələrə cəza müddətlərinin ardıcıllığına riayət olunmaqla mərhələlərlə göndərilməsi tövsiyə olunub.
Qanunun təsir dairəsinə düşən məhkumların hüquqlarının pozulması hallarının yolverilməz olduğu xüsusilə vurğulanıb.
Görüş zamanı məhkumların mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Məhkumlar cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən atılan ardıcıl və sistemli addımları rəğbətlə qarşıladıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB