Teyyub Qənioğlu: "Rəsul Quliyevin dedikləri cəfəngiyyatdır"

Teyyub Qənioğlu: "Rəsul Quliyevin dedikləri cəfəngiyyatdır"

"Radikal müxalifət düşərgəsini təmsil edən partiyalar fəaliyyətsiz bir durumdadırar". Bunu Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "Səs" qəzetinə açıqlamasında bildirib.

Partiya sədri qeyd edib ki, partiyaların iki-üç nəfərdən ibarət olan üzvləri "nokaut" vəziyyətindədirlər: "Nə edəcəklərini və hansı addımı atacaqlarını bilmirlər. Əslində, müxalifət partiyalarında olan şəxslər ideyalar dalınca gəlməyiblər. Onlar hesab edirlər ki, radikal saydıqları həmin partiyaların rəhbərlərinin hansısa imkanları var və həmin o imkanlardan istifadə edərək, öz şəxsi mənafelərinə nail olmaq olar. Bir az hərlənib-fırlandıqdan sonra, görürlər ki, bunlardan özlərinə heç bir xeyir yoxdur. Belə olan halda da, həmin şəxslər istefa verirlər. Əgər müxalifətə gələn həmin şəxslər ideya dalınca gəlsəydilər, istənilən çətinliyə dözüb, axıra qədər gəldikləri partiyada qalardılar. Bir sözlə, mənafelər təmin olunmadığı halda, bu partiyalarda qalmağı özlərinə rəva görmürlər. Bu səbəbdən də, istefaya gedirlər".

Rəsul Quliyevin "Ə.Kərimli və A.Hacılı aksiyalar keçirtməklə iğtişaşlara cəhdlər göstərəcəklər", fikrinə münasibət bildirən T.Qənioğlu deyib ki, belə halın baş verməsi mümkün deyil: "Rəsul Quliyev öz şəxsi mənafeyi üçün nəyə desən gedər. İndi isə AXCP ilə Müsavatı qaralamaqla özünə dividend qazanmaq istəyir. Yəni "mən də varam" mesajını vermək istəyir. AXCP ilə Müsavat arasında olan gərginlik isə indi baş verən hadisə deyil, bu iki partiya, uzun illərdir ki, bir-biri ilə yola getmir. Yəni əgər AXCP ilə Müsavat bir-biri ilə yola getmirsə, necə olar bilər ki, onların ikisi bir araya gələrək, birgə aksiya keçirsinlər? R. Quliyevin dediklər cəfəngiyyatdır və boş şeylərdir. Xarici qüvvələrin tapşırığı əsasında onların bir ayara gəlməsinin də səbəbi, məhz xarici qüvvələrin ölkəmiz haqqında xoşagəlməz fikirlərinin olması ilə bağlıdır. Çünki hər zaman ölkədə seçkilərin keçirilməsi ərəfəsi xarici məkrli qüvvələr daxildə olan müxalifətdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma onların nə etmələrindən və nə istəmələrindən asılı olmayaraq heç vaxt istəkləri həyata keçməyib və keçməyəcək də".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə