Yeni Azərbaycan Partiyasının üstün mövqeyi daha bir sorğunun nəticəsi ilə təsdiq olundu - SORĞU

Yeni Azərbaycan Partiyasının üstün mövqeyi daha bir sorğunun nəticəsi ilə təsdiq olundu - SORĞU
Bu günlərdə "Mediaforum" saytı oxucular arasında "Hansı namizədlərə imza verdiniz" sualı ilə internet sorğusu keçirib. SİA-nın Yeni Azərbaycan Partiyasının www.yap.org.az saytına istinadən verdiyi xəbərə görə, 373 dəfə səs verilmiş sorğunun nəticələrinə görə, aşağıdakı mənzərə formalaşıb:
"yalnız hakimiyyət partiyalarının namizədlərinə imza verdim" - 246,
"yalnız müxalifət partiyalarının namizədlərinə imza verdim" - 53,
"məndən imza istəyən olmadı" – 42,
"heç kimə imza vermədim - 16,
"müraciət edənlərin hamısına imza verdim" - 5,
"yalnız bitərəf namizədlərə imza verdim" - 5,
"bitərəf namizədlərə və müxalifət partiyalarının namizədlərinə imza verdim" - 4,
"bitərəf namizədlərə və hakimiyyət partiyalarının namizədlərinə imza verdim" - 2,
"hakimiyyət və müxalifət partiyalarının namizədlərinə imza verdim" - 0 səs.

Əldə olunmuş nəticələrə görə, hakimiyyət partiyalarının namizədlərinə verilən ümumi səslərin sayı 65,95 faiz təşkil edib. Müxalifət partiyalarının namizədləri isə ümumi səslərin 11,26 faizini əldə ediblər. Bütövlükdə hakimiyyət partiyalarının namizədləri ilə müxalifət partiyalarının namizədlərinə verilən səslər arasındakı fərq təxminən 6 dəfə təşkil edib.

Göründüyü kimi, bundan əvvəl keçirilmiş bir sıra tərəfsiz sorğular kimi, bu sorğunun da nəticəsi Azərbaycan ictimaiyyətinin hansı siyasi qüvvəni dəstəklədiyini bir daha ortaya qoyur. Yəni, reallıq ondan ibarətdir ki, Azərbaycan seçiciləri hakim Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri bir mənalı olaraq dəstəkdəyir. Sözügedən sorğunun nəticələri isə bu dəstəyin imza toplama kampaniyasında da özünü açıq şəkildə büruzə verdiyini nümayiş etdirib. Yəni, bununla da, Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənən və etimad göstərilən qüvvənin kimliyi ortaya çıxıb. Hesab edirik ki, keçirilmiş bu rəy sorğusunda iştirak edən insanlar, eyni zamanda, müxalifətin böhtanlarına da tutarlı cavab vermiş olublar və bu düşərgənin zəifliyinin, gücsüzlüyünün gizlədilməsinin əbəs olduğunu nümayiş etdiriblər.

Bir daha sübut olunub ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə irəli sürdüyü namizədlər seçicilər tərəfindən rəğbətlə qarşılanır və vətəndaşlarımız hakim partiyanın namizədlərinə imza veriblər. Müxalifətin heç kim tərəfindən tanınmayan, xalq tərəfindən qəbul olunmayan, ən əsası xalqın dəstəkləmədiyi namizədləri isə 450 imza yığmaqda çətinlik çəkiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə