Lavrov Xəzərin statusu ilə bağlı danışıqların gedişatını şərh edib
"Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar regionun dövlət başçılarının sammitində yekunlaşacaq". SİA-nın xəbərinə görə, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının iclasında jurnalistlərə açıqlamasında deyib.
"Biz Xəzərin hüququ statusu ilə bağlı işlərin ekspertlər səviyyəsində necə getdiyini müzakirə etmək istəyirik. Ümid edirik ki, 2018-ci ildə Qazaxıstanda keçiriləcək konfransda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın etibarlı hüquqi əsası olacaq"- deyə Lavrov qeyd edib.
O bildirib ki, tərəflər regionda təhlükəsizliyin təmin edilməsi sahəsində ölkələrin praktiki qarşılıqlı əlaqələrinə diqqət yetirirlər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Xəzəryanı ölkələrin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) dövlət başçılarının sammiti 2018-ci ilin əvvəllərində Qazaxıstanda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB