Oqtay Əsədovdan deputatlara İRAD

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputatlara öz iradını bildirib. SİA-nın xəbərinə görə, O.Əsədov deputatlara telefonlarını söndürməyi tövsiyə edib: “Hamıda telefon var və ondan istifadə etməyi yaxşı bilirsiniz. İclas zamanı telefonlarınızı söndürün. Hərənizə bir zəng gəlir. Neçə dəfə demək istəmişəm, amma deməmişəm. Belə olmaz axı.... Gəlin bir-birimizə hörmət edək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə