Tədbir iştirakçıları əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminə baxıblar.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev tədbirdə çıxış edərək, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini islami dəyərlərə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirib. İ.Vəliyev, eyni zamanda, “İslam Həmrəyliyi İli” çərçivəsində rayonda keçirilən tədbirlər barədə məlumat verib. Görülən işlərin milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin başçısının islami dəyərlərə həssas münasibətindən irəli gəlir. Müasir dövrdə İslam dünyasının həmrəyliyinə daha çox ehtiyacın olduğunu diqqətə çatdıran komitə sədri bildirib ki, bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırış çox böyük önəm daşıyır.
Mübariz Qurbanlı “İslam Həmrəyliyi İli” çərçivəsində müsəlman ölkələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində həm respublika daxilində, həm də bir sıra ölkələrdə müxtəlif tədbirlərin keçirilməsinin dini maarifləndirmə yolu ilə milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov çıxışında bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
Konfransın ikinci hissəsində "Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi" mövzusunda müzakirələr aparılıb.
Rayon icra hakimiyyətinin nümayəndəsi Elnur Bağırov məruzəsində ölkəmizdə dövlət-din münasibətlərinin formalaşmasından, dövlətin din sahəsinə qayğısından danışıb. E.Bağırov, eyni zamanda, rayondakı dini durum barədə də məlumat verib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır. Çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır. G.İsmayılov zərərli dini təbliğatdan qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının önəminə toxunub.
Sonra DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov təqdimat ilə çıxış edib. Təqdimatda dövlətimizin İslamın dəyərlərinə və irsinə qayğısı barədə göstəricilər əksini tapıb.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



