2010-cu ilin 23-26 noyabr tarixlərində "Bakı Ekspo" sərgi mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan "BakuTel 2010" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək.
Sayca 16-cı olan və hər il bütün regionun telekommunikasiya sektorunun peşəkarlarını bir araya toplayan bu sərgi "Beynəlxalq İKT Həftəsi" şüarı altında keçirilir. Bir sıra tədbirləri əhatə edəcək bu sərgi "Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləri tərəfindən təşkil olunacaqdır. Sərginin inkişafında sərgi və konfransa son dərəcə mühüm dəstək göstərən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müstəsna rol oynayır. Sərgi həmçinin bu sahədə fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya Birliyi (ITU), İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaqı (GAID) və Rabitə sahəsində Regional Birlik (РСС) kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir.
Beynəlxalq Sərgi Sənayesi Assosiasiyasının (UFI) "BakuTel" sərgisini keyfiyyət nişanı ilə təltif etməsi, sözügedən sərginin beynəlxalq müstəvidə tanınmasını təsdiq edir. UFI keyfiyyət nişanı bu tədbirin yüksək beynəlxalq səviyyəyə uyğunluğu üzrə hamı tərəfindən qəbul edilmiş bir sertifikatdır. İlk dəfə olaraq, "BakuTel" sərgisi yeni "Bakı Ekspo Mərkəzi" sərgi kompleksində təşkil olunacaq. Bu, sərgi iştirakçılarının çoxdan gözlədikləri bir hadisədir, belə ki, sərginin müasir sərgi kompleksində keçirilməsi onun ekspozisiyasını daha səmərəli şəkildə genişləndirməyə imkan verəcəkdir.
Beləliklə, "BakuTel" sərgisi Azərbaycan, İsrail, Çin, Malayziya, BƏƏ, Türkiyə, ABŞ və digər ölkələr daxil olmaqla, dünyanın 15 ölkəsindən 100-dən çox şirkəti bir araya gətirəcək. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutacaq. Ənənəvi olaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "BakuTel" çərçivəsində layihələr üzrə tərəfdaş şirkətlər ilə birgə "Xalq kompüteri", "Elektron imza" və "Elektron sənəd" kimi dövlət layihələri üzrə həyata keçirilmiş işlərin nəticələrini təqdim edəcəkdir.
Sərgi ərazisinin 40 faizdən çoxu iri "İKT" şirkətləri tərəfindən tutulub və onların əksəriyyəti "BakuTel" sərgisinin daimi iştirakçıları sayılırlar. Onların arasında "Azedunet", "Azel", "Azercell Telecom", "Azerfon-Vodafone", "AzerTelekom", "Aztelecom", "Azqtel", "B&B TV", "Bakcell", "Bakı Telefon Rabitəsi İstehsalat Birliyi" (BTRİB), "Bestcomp", "Caspel", "Caspian Navtel", "Delta Telecom", "Elsis", "Gilat", "Golden Pay", "Hewlett Packard", "Huawei Technologies", "Idrak Technology Transfer", "Intelsoft", "Matrix", "Measat Satellite", "Microsoft", "Nar Mobile", "Nokia Siemens Netoworks", "Oracle", "Orbital Sciences Corporation", "Penkiu Kontinentu Bankines Teknologijos", "R.I.S.K.", "Saybernet", "SINAM", "Sinerji", "Softline", "Teleradio", "Ultra", "ZTE" və başqaları vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB