"Ermənistan neandertal təfəkkür nümayiş etdirir" MÖVQE

“Prezidentlərin Cenevrə görüşündən sonra məsuliyyətsiz davranışı və hərbi təxribatları ilə danışıqları pozmağa cəhd göstərən Ermənistan hələ də neandertal təfəkkür səviyyəsində olduğunu nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Azərbaycan və Ermənistan preizdentlərinin Cenevrə görüşündən dərhal sonra düşmən ölkə tərəfindən danışıqlar prosesinə ciddi zərbə vuran bəyanatlarla çıxış etdiyini deyən deputat söyləyib ki,düşmən ölkə tərəfindən atılan addımların heç biri təəccüb doğurmur: "Çünki Ermənistan hər dəfə danışıqları pozaraq ya cəbhədə təıxribatlar törətməyə çalışır, ya da sərsəm bəyanatlar verməklə beynəlxalq ictimaiyyətin fikirlərini yayındırmağa çalışır. Son günlər Ermənistan xarici işlər nazirinin müavini diplomatik etikadan tamamilə uzaq açıqlamaları ilə seçilir. Görünür o, laboratoriya ilə diplomatiyanın yerini dəyişik salıb. Bütün bunlar Ermənistanda qeyri-yetkin və kriminal siyasi rejimin höküm sürdüyünü bir daha sübuta yetirir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...